Kompleks mühəndislik həlləri
ELEKTRİK MÜHƏNDİSLİYİ
Sənaye və kommersiya obyektləri üçün etibarlı elektrik həlləri
Eltech Pro commercial, sənaye və infrastruktur obyektlərində yüksək, orta (MV) və aşağı (LV) gərginlikli elektrik sistemlərinin layihələndirilməsi, montajı və istismara verilməsini həyata keçirir. Transformator yarımstansiyalarından paylayıcı panellərə qədər bütün sistemlər beynəlxalq standartlara uyğun vahid mühəndislik həlli kimi inteqrasiya olunur.
- MV/LV enerji paylanması
- Transformator yarımstansiyaları
- Panellər və kommutasiya avadanlığı
- Güc və idarəetmə kabelləri
- İşıqlandırma sistemləri
- Avtomatlaşdırma və PLC
- SCADA sistemləri
- Sınaq və istismara buraxılış
Mexanika və HVAC
Effektiv mexanika və HVAC sistemləri
Eltech Pro isitmə, soyutma, ventilyasiya və digər mexaniki sistemlərin layihələndirilməsi və inteqrasiyasını obyektin funksional tələblərinə uyğun həyata keçirir.
Enerji sərfiyyatı, daxili komfort, hava keyfiyyəti və sistemlərin uzunmüddətli etibarlılığı nəzərə alınaraq avadanlıq seçimi, quraşdırma və sazlama işləri kompleks şəkildə icra olunur.
- HVAC sistemləri
- Chiller və VRF sistemləri
- Qazan sistemləri
- Su və drenaj sistemləri
- Sənaye boru xətləri
- Liftlər və eskalatorlar
- Ventilyasiya sistemləri
- Sınaq və istismara buraxılış
ZƏİF AXIN VƏ TƏHLÜKƏSİZLİK
İnteqrasiya olunmuş zəif axın və təhlükəsizlik həlləri
Eltech Pro zəif axın və təhlükəsizlik sistemlərinin layihələndirilməsi, quraşdırılması və vahid infrastruktura inteqrasiyasını həyata keçirir. CCTV, girişə nəzarət, yanğın həyəcanı, strukturlaşdırılmış kabel (SKS) və şəbəkə sistemləri obyektin təhlükəsizlik və əməliyyat tələblərinə tam uyğun qurulur
- CCTV
- Girişə nəzarət
- Struktur kabel və LAN
- IP telefoniya
- Səsli elan sistemi
- İnteqrasiya olunmuş təhlükəsizlik
- Mühafizə siqnalizasiyası
- Sınaq və istismara buraxılış
BİNA AVTOMATLAŞDIRILMASI VƏ BMS
Mərkəzləşdirilmiş idarəetmə və ağıllı bina həlləri
Eltech Pro müəndislik infrastrukturlarının mərkəzləşdirilmiş idarə olunması və monitorinqi üçün bina avtomatlaşdırılması və BMS həlləri təqdim edir. HVAC, elektrik, işıqlandırma və təhlükəsizlik sistemlərinin SCADA/PLC vasitəsilə vahid platformada inteqrasiyası enerji effektivliyini artırır və əməliyyat xərclərini minimuma endirir.
- Bina idarəetmə sistemləri
- HVAC avtomatlaşdırması
- PLC inteqrasiyası
- SCADA inteqrasiyası
- İşıqlandırmanın idarə edilməsi
- Uzaqdan monitorinq
- Sistem inteqrasiyası
- Məlumatların analitikası
Yanğın və həyat təhlükəsizliyi
Yanğından mühafizə və sulu/qazlı söndürmə sistemləri
Eltech Pro insanların və obyektlərin qorunmasına yönəlmiş yanğın aşkarlaşdırma, həyəcan, avtomatik söndürmə və tüstü xaricetmə sistemlərinin layihələndirilməsini və quraşdırılmasını həyata keçirir. Sistemlər normativ tələblərə tam uyğun, operativ xəbərdarlıq və digər müəndislik infrastrukturları ilə inteqrasiya prinsipi əsasında qurulur.
- Yanğının aşkarlanması
- Yanğın siqnalizasiyası
- Tüstü və istilik detektorları
- Əl ilə xəbərdarlıq düymələri
- Vizual və səsli xəbərdarlıq
- Yanğınsöndürmə sistemləri
- Evakuasiya sistemləri
- Sınaq və istismara buraxılış
IT VƏ ŞƏBƏKƏ İNFRASTRUKTURU
Dayanıklı, miqyaslana bilən məlumat və şəbəkə həlləri
Eltech Pro müasir müəssisələrin məlumat və kommunikasiya ehtiyacları üçün strukturlaşdırılmış kabel sistemləri (SKS), server otaqları və etibarlı IT şəbəkə infrastrukturu qurur. Data kabel xətləri, fiber-optik bağlantılar, şəbəkə sviçləri, Wi-Fi və access point sistemləri yüksək sürət, təhlükəsizlik və gələcək genişlənmə imkanları nəzərə alınaraq layihələndirilir.
- Struktur kabel sistemi
- LAN / WAN
- Server otaqları
- Rack sistemləri
- Şəbəkə avadanlıqları
- Məlumat infrastrukturu
- Simsiz şəbəkələr
- Şəbəkə təhlükəsizliyi
ENERJİ SƏMƏRƏLİLİYİ
Daha effektiv və dayanqılı enerji istifadəsi
Eltech Pro obyektlərin enerji istehlakını optimallaşdırmaq və mühəndislik sistemlərinin effektivliyini artırmaq üçün kompleks enerji Audit, monitoring və idarəetmə həlləri təqdim edir. Elektrik, HVAC və işıqlandırma sistemlərinin koordinasiyalı təhlili əməliyyat xərclərinin (OPEX) azaldılmasına və karbon ayaq izinin minimuma endirilməsinə imkan yaradır.
- Enerji monitorinqi
- İstehlakın təhlili
- Sistem optimallaşdırması
- HVAC səmərəliliyi
- Bina enerjisinin idarə edilməsi
- Modernizasiya
- Enerji səmərəliliyi tədbirləri
- Performans hesabatları
TEXNİKİ SERVİS VƏ DAİMİ XİDMƏT
Sistemlərin bütün həyat dövrü üzrə 24/7 peşəkar dəstək
Eltech Pro mühəndislik sistemlərinin istismara verilməsindən sonra onların təhlükəsiz, stabil və maksimum effektivliklə işləməsi üçün planlı, preventiv və operativ texniki xidmət həlləri təqdim edir. Termoqrafik diaqnostika, profilaktik baxış, nasazlıqların dərhal aradan qaldırılması və modernizasiya xidmətlərimiz avadanlıqların xidmət müddətini uzadır və gözlənilməz dayanma risklərini sıfıra endirir.
- Diaqnostika
- Profilaktik texniki xidmət
- Korrektiv texniki xidmət
- Avadanlıqların təmiri
- Ehtiyat hissələri
- 24/7 texniki dəstək
- Planlı texniki baxış
- Həyat dövrünün idarə edilməsi
Yeni layihənizi birlikdə planlaşdıraq.
Vahid mühəndislik tərəfdaşı ilə işləməyin üstünlüklərini kəşf edin.
Azərbaycan
English
Русский